Fransada «Harun Yəhya zəlzələsi»

Azərbaycanda Harun Yəhya adı ilə tanınan türkiyəli mütəfəkkir Adnan Oktarın fransız dilindəki «Yaradılış Atlası» adlı kitabı Fransada skandala səbəb olub.

Harun Yəhyanın təkamül nəzəriyyəsinin əksinə olaraq yaradılış nəzəriyyəsinin müdafiə edildiyi «Yaradılış Atlası» kitabının Fransanın demək olar ki, bütün universitet, kollec və orta təhsil məktəblərinə qısa müddət ərzində göndərilməsi ölkədə təşviş yaradıb. Bir həftə ərzində bütün təhsil ocaqlarına paylanan nəfis tərtibatlı, 770 səhifəlik kitabın Türkiyədən və Almaniyadan ölkəyə göndərildiyi bildirilir. Artıq məsələ ilə bağlı Fransanın Milli Təhsil naziri Gilles de Robienin şəxsən məşğul olduğu qeyd edilir.

Fransanın ən məşhur qəzetlərindən biri olan «Le Figaro»nun manşetində bu xəbər «Fransaya islamçı yaradılışdan hücum» sərlövhəsi ilə dərc olunub. Qəzet kitabla bağlı geniş məlumat dərc edib. Qeyd edək ki, «Yaradılış Atlası»nda Çarlz Darvinin nəzəriyyələri elmi əsaslarla çürüdülərkən «İnsanlar təkamül nəzəriyyəsi əsasında formalaşmayıb, yaradılıb» tezisi faktlarla sübut olunur. Həmçinin kitabda Darvinizmlə faşizm və kommunizm kimi qanlı ideologiyalar arasındakı gizli əlaqələrin olduğu və Darvinin nəzəriyyələrinin «terrorun həqiqi mənbəyi» kimi göstərilir.

Fransanın müxtəlif qəzetləri də ölkənin Təhsil Nazirliyinin «Yaradılış Atlası» kitabı ilə bağlı ətraflı araşdırma tələb etdiyini yazıb. Fransız qəzetləri «İndi bir məqamın üzərində dayanılmalıdır ki, Harun Yəhyanın arxasında kim gizlənir və xüsusilə də çox bahalı bir kitabın çap edilərək, pulsuz paylanmasının kimin tərəfindən maliyyələşdirilir» ifadəsi işlədilib.

P.S. Harun Yəhya ilə bağlı geniş məlumatı və xüsusi müsahibəsini inşaallah yaxın günlərdə saytımızda oxuya biləcəksiniz.

http://www.islam.com.az/modules/news/article.php?storyid=226